Bakıda soyğunçuluq edən şəxs saxlanıldı

Bakıda soyğunçuluq edən şəxs saxlanıldı
  20 Mart 2021    Oxunub:1657
Paytaxtda soyğunçuluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-də G.Əlizadənin 400 manat pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Məlikov saxlanılıb.

Azvision.az


Teqlər: Bakı   Soyğunçuluq  





Xəbər lenti