Yaponiyada güclü zəlzələ olub - VİDEO

 Yaponiyada güclü zəlzələ olub -   VİDEO
  20 Mart 2021    Oxunub:2533
Yaponiyanın şimal-şərqində 7.2 bal gücündə zəlzələ baş verib.
Azvision.az xəbər verir ki, yeraltı təkanlar paytaxt Tokioda da hiss olunub.

Yaponiya Milli Meteorologiya İdarəsindən bildirilib ki, zəlzələ yerli vaxtla saat 18.09-da qeydə alınıb. Zəlzələnin episentri okenda 60 kilometr dərinlikdə olub. Miyaqi prefekturası ərazisində sunami təhlükəsi yaranıb və dalğanın hündürlüyünün bir metrə çatması gözlənilir.

Dağıntılar və itkilər barədə hələlik məlumat verilməyib.



Tural Tağıyev
Azvision.az


Teqlər: Zəlzələ   Yaponiya  



Xəbər lenti