Erməni partiya sədri “Sasna Tsrer”i terror təşkilatı elan etdi

 Erməni partiya sədri “Sasna Tsrer”i terror təşkilatı elan etdi
  20 Mart 2021    Oxunub:3259
Ermənistanda daxili siyasi gərginliyin tüğyan etdiyi vaxtda yeni partiya yaradılıb.

Azvision.az xəbər verir ki, iddialı şəkildə ortaya atılan bu siyasi təşkilatın qurucusu Sünikin (Zəngəzur-red) keçmiş qubernatoru Vahe Akobyandır. O qeyd edib ki, rəhbərlik etdiyi partiya "Sasna tsrer" istisna olmaqla siyasi sahədə bütün sağlam qüvvələrlə əməkdaşlıq etməyə hazırdır.
Partiya sədri bu barədə mətbuat konfransında bəyan edib: "Baxmayaraq ki, Nikola qarşı mübarizə aparmaq istəyirlər, onlar bizim üçün qırmızı xətt sayılırlar. Mənim üçün onlar terrorçudurlar".

Xatırladaq ki, 2016-cı ildə "Sasna tsrer" adlı qruplaşmanın üzvlərindən ibarət silahlı şəxslər İrəvanın Erebuni rayonunda post-patrul xidməti alayının binasını ələ keçirmişdi. Onlar qanunsuz yolla silah əldə etməkdə və saxlamaqda ittiham edilən müxalifət lideri Jirayr Sefilyanın həbsdən azad olunmasını tələb edirdilər. Qruplaşma üzvləri əvvəlcə binada olan hüquq-mühafizə orqanlarının əməkdaşlarını, sonra danışıqlar üçün hadisə yerinə gələn Ermənistan polis rəisinin müavini Vartan Yegiazaryan və İrəvan polisinin rəis müavini Valeri Osipyanı girov götürmüşdülər.

Həmin hadisələr nəticəsində üç nəfər ölmüş, bir neçə nəfər, o cümlədən təcili yardım xidmətinin həkimləri uzun müddət girov saxlanılmışdı.

Tural Tağıyev
Azvision.az


Teqlər: Sasna-tsrer   Terrorçu   Partiya  





Xəbər lenti