İranda son sutkada 75 nəfər koronavirusdan ölüb

İranda son sutkada 75 nəfər koronavirusdan ölüb
  21 Mart 2021    Oxunub:2064
İranda son sutka ərazində 7540 nəfər koronavirusa yoluxub, 75 pasiyent dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari bildirib.

Onun sözlərinə görə, ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 1 793 805, ölənlərin sayı isə 61 724-ə çatıb.

Hazırda xüsusi xəstəxanalarda müalicə alan 3849 xəstənin vəziyyəti ağırdır. İndiyədək 1 536 606 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: İran   Koronavirus   Pandemiya  



Xəbər lenti