FHN Qazaxdakı ağır qəza ilə bağlı məlumat yaydı

FHN Qazaxdakı ağır qəza ilə bağlı məlumat yaydı
  21 Mart 2021    Oxunub:3341
Qazax rayonunun Çaylı kəndində “Mercedes” və “VAZ” markalı iki minik avtomobili toqquşub.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan "Mercedes" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, yerli KİV-də yayılan məlumata görə, qəza nəticəsində iki nəfər dünyasını dəyişib. Həlak olan şəxslər Dəmirçilər kənd sakini 57 yaşlı Ziyarət Xəlilov və onun 27 yaşlı oğlu Elvin Xəlilovdur. Sərnişin Cövdət Qasımov isə qəza zamanı xəsarət alıb.

Azvision.az


Teqlər: FHN   Qəza  





Xəbər lenti