Bayden Kamala Harrisi özündən ağıllı sayır

Bayden Kamala Harrisi özündən ağıllı sayır
  21 Mart 2021    Oxunub:2033
ABŞ Prezidenti Cozef Bayden hesab edir ki, Birləşmiş Ştatların vitse-prezidenti Kamala Harris ondan daha ağıllıdır.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, Bayden bu barədə Atlantada Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzdə çıxışı zamanı deyib.

Kamala Harrisi təqdim edən Bayden bəzi suallara cavablandırarkən onun fəaliyyətini yüksək qiymətləndirib.

"Buna heç bir əlavəm yoxdur, cənab prezident", - Harris cavabında deyib.

Qeyd edək ki, Bayden daha əvvəl Kamala Harrisi ABŞ prezidenti adlandırıb. Belə ki, Cozef Bayden ictimaiyyət qarşısında çıxışı edərkən Kamala Harrisə dövlət başçısı deyə xitab edib.

Azvision.az


Teqlər: Bayden  





Xəbər lenti