Ermənistan hərbçiləri Qarabağdan çıxarılır
Azvision.az xəbər verir ki, bu barədə Qarabağ separatçıları “ordusunun” sabiq mətbuat katibi Senor Asratyan "Facebook" hesabında yazıb.
Erməni polkovnik hesab edir ki, baş nazir Nikol Paşinyan bu addımı çağırışçıların valideynlərinin tələbi ilə əsaslandıracaq.
Qeyd edək ki, ötən gün Azərbaycanın Qarabağ ərazisində qanunsuz olaraq hərbi xidmətdə olan erməni əsgərlərin valideynləri İrəvanda hökumət binası qarşısında aksiya keçirib. Onlar övladlarının məcburi hərbi xidmətlərini vaxtından əvvəl başa vurmalarını tələb edib, hökuməti bunula bağlı mümkün olan bütün addımları atmağa çağırıb.
Azvision.az
Teqlər: Qarabağ Ermənistan Əsgər







Vaxtında, Aydın, Lazımlı!


