Braziliyada daha 2438 nəfər virusun qurbanı oldu

Braziliyada daha 2438 nəfər virusun qurbanı oldu
  21 Mart 2021    Oxunub:1394
Braziliyada son sutka ərzində 2438 nəfər koronavirus infeksiyasının qurbanı olub.
Azvision.az xəbər verir ki, bu barədə Braziliya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə indiyədək 292 752 nəfər COVID-19 virusundan ölüb. İnfeksiyaya yoluxanların sayı 79 069 nəfər artaraq 11 950 459 -a çatıb.

Qeyd edək ki, Braziliya koronavirusa yoluxma sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdədir.

Azvision.az



Teqlər: Braziliya   virus  



Xəbər lenti