Əfqanıstanda vəzifəli şəxsi öldürdülər

Əfqanıstanda vəzifəli şəxsi öldürdülər
  21 Mart 2021    Oxunub:2930
Əfqanıstanın Qor əyalətinin Tiver rayonunun yerli administrasiyasının rəhbəri Məhəmməd Rafiq Aləm bomba partlaması nəticəsində ölüb.
Azvision.az xəbər verir ki, bu barədə əyalət qubernatorunun mətbuat katibi Aref Abir məlumat yayıb.

Bildirilib ki, partlayıcı qurğu administrasiya rəhbərinin maşınına bağlanılıb. Partlayış nəticəsində onun həyat yoldaşı və iki uşağı yaralanıb.

Partlayışla bağlı məsuliyyəti hələ heç bir təşkilat öz üzərinə götürməyib.

Azvision.az



Teqlər: Əfqanıstan  





Xəbər lenti