Rusiya ABŞ-dakı səfirini Moskvaya çağırdı

   Rusiya ABŞ-dakı səfirini Moskvaya çağırdı
  21 Mart 2021    Oxunub:1558
Rusiyanın ABŞ-dakı səfiri Anatoliy Antonov Rusiya-Amerika münasibətləri ilə bağlı məsləhətləşmələr aparmaq üçün Moskvaya gəlib.
Azvision.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Moskva vaxtı ilə saat 11.00 radələrində diplomatın təyyarəsi Rusiyaya enib. Ölkənin Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, səfir ABŞ-la münasibətlər konteksində müzakirələr aparmaq məqsədi ilə çağırılıb.

Azvision.az



Teqlər: Rusiya  





Xəbər lenti