Rusiyada daha 371 nəfər virusun qurbanı oldu

Rusiyada daha 371 nəfər virusun qurbanı oldu
  21 Mart 2021    Oxunub:1495
Rusiyada son sutka ərzində koronavirusa 9 299 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 456 869 nəfərə çatıb.

Rusiyada son sutkada 371 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 94 659 nəfərdir. İndiyədək 4 069 395 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Azvision.az



Teqlər: Rusiya   virus  



Xəbər lenti