İranda partlayış - 1 ölü, 3 yaralı

İranda partlayış -   1 ölü, 3 yaralı
  21 Mart 2021    Oxunub:3542
İranın cənub-şərqində baş verən partlayış nəticəsində ən az bir nəfər ölüb, üç nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə Mehr agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun mətbuat xidmətinə istinadən məlumat yayıb. Partlayış yerli vaxtla 09: 30-da Sistan və Bəlucistan əyalətlərindəki Saravan rayonunun yaşayış məntəqələrindən birinin ərazisində terror qrupu tərəfindən təşkil edilib. Partlayışın hansı qrup tərəfindən törədildiyi hələ açıqlanmayıb.

Azvision.az






Teqlər: terror   İran  



Xəbər lenti