Pentaqon rəhbəri Əfqanıstana gözlənilməz səfər edib

Pentaqon rəhbəri Əfqanıstana gözlənilməz səfər edib
  21 Mart 2021    Oxunub:1507
ABŞ-ın müdafiə naziri Lloyd Ostin Əfqanıstana gözlənilməz səfər edib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, Pentaqon rəhbəri Kabildə yüksək vəzifəli məmurlarla görüşmək niyyətindədir. Tərəflərin müzakirə mövzusu xarici qoşunların Əfqanıstandan çıxarılması ola bilər.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden bu yaxınlarda ABC telekompaniyasına müsahibəsində amerikalıların Əfqanıstandan mayın 1-dək çıxarıla biləcəyini, lakin dəqiq müddət barədə son qərarın qəbul olunmadığını demişdi.

ABŞ və “Taliban” hərəkatı arasında sülh sazişi ötən il fevralın 29-da Qətərin paytaxtı Dohada imzalanıb. Sazişə əsasən, Birləşmiş Ştatlar və müttəfiqləri 14 ay ərzində öz qoşunlarını Əfqanıstandan çıxarmalıdır.

Azvision.az


Teqlər: ABŞ   Əfqanıstan  



Xəbər lenti