Ağdaşda 4 otaqlı ev yandı

Ağdaşda 4 otaqlı ev yandı
  21 Mart 2021    Oxunub:1910
Ağdaş rayonunun Qəribli kəndində ümumi sahəsi 165 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin 2 otağının yanar konstruksiyaları 67 m² sahədə və dam örtüyü 88 m² sahədə yanıb.
Azvision.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti