Tramp Baydenin miqrasiya siyasətini tənqid etdi
Keçmiş dövlət başçısı miqrasiya axınlarının qarşısını almaq məsələsində öz kursunun uğurlu olmasına diqqət çəkib.
“Biz tarixin ən təhlükəsiz sərhədini Bayden adminstrasiyasına təhvil verməkdən qürur duyuruq. Bayden adminstrasiyası isə bir neçə həftə ərzində rəhbərliyi milli qələbəni milli fəlakətə çevirdi”, - Tramp bildirib.
O, Meksika ilə sərhəddə divarın inşasını bərpa etməyə çağırıb. Sabiq prezident hesab edir ki, bu prosesi dayandırmaq "ölüm və insan faciələrinə" gətirib çıxarır.
Trampın fikrincə, yeni rəhbərlik özünün tam uğursuzluğunu etiraf etməli və onun effektiv siyasətini davam etdirməlidir. Bundan əvvəl Bayden Trampın Meksika ilə sərhəddə tətbiq etdiyi fövqəladə vəziyyəti ləğv etmişdi.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: DonaldTramp