Lavrovun Çinə səfəri başlayıb

Lavrovun Çinə səfəri başlayıb
  22 Mart 2021    Oxunub:1534
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinə səfərə gəlib.
Azvision.az “RİA Novosti”yə istinadla xəbər verir ki, onun çərşənbə axşamı həmkarı Can Yi ilə görüşü planlaşdırılır. XİN rəhbərlərinin iki ölkənin strateji qarşılıqlı əməkdaşlığını və ən yüksək səviyyədə təmasların təşkilini müzakirə edəcəyi gözlənilir.

Nazirlər, həmçinin pandemiya ilə mübarizə ilə bağlı da müzakirələr aparacaqlar. Çindən sonra Lavrov danışıqlar üçün Cənubi Koreyaya gedəcək

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin   XİN  





Xəbər lenti