Çavuşoğlu NATO-dakı həmkarları ilə görüşəcək

Çavuşoğlu NATO-dakı həmkarları ilə görüşəcək
  22 Mart 2021    Oxunub:1987
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, 23-24 mart tarixlərində Brüsseldə keçiriləcək NATO Xarici İşlər Nazirləri toplantısında iştirak edəcək.
Azvision.az
xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. İclasda 2021-ci il NATO liderlər zirvəsi, İttifaqın siyasi rolunu gücləndirmək üçün həyata keçirilən "NATO 2030" prosesinin qiymətləndirilməsi, həmçinin Avroatlantik bölgənin təhlükəsizliyi ilə əlaqəli inkişaflar və NATO-nun gündəmindəki digər məsələlər müzakirə ediləcək.

Çavuşoğlunun tədbir çərçivədində bəzi ikitərəfli görüşlər də keçirəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NATO  



Xəbər lenti