Ukraynalıların olduğu avtobus Polşada qəzaya düşdü

Ukraynalıların olduğu avtobus Polşada qəzaya düşdü
  22 Mart 2021    Oxunub:2361
Polşanın Kaşitse şəhəri yaxınlığında Ukrayna vətəndaşlarının olduğu sərnişin avtobusu qəzaya uğrayıb.
Azvision.az “Ukrinform”a istinadla xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

"Avtobusda iki sürücü olmaqla 10 nəfər var idi. Onların hamısı Ukrayna vətəndaşıdır. Bir nəfər hadisə yerində ölüb, daha dörd nəfər xəstəxanaya yerləşdirilib", - məlumatda vurğulanıb.

Hadisə yerində xilasedicilər, həkimlər və polislər cəlb edilib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Polşa  





Xəbər lenti