12 ölkənin vətəndaşlarına Pakistana giriş qadağan edildi

12 ölkənin vətəndaşlarına Pakistana giriş qadağan edildi
  22 Mart 2021    Oxunub:1987
Pakistan Mülki Aviasiya İdarəsi yeni növ koronavirus infeksiyasına yoluxanların sayının kəskin artması səbəbindən 12 ölkənin vətəndaşlarına Pakistanın ərazisinə girişini qadağan edib.
Azvision.az xəbər verir ki, Botsvana, Braziliya, Kolumbiya, Komorlar adası, Qana, Keniya, Mozambik, Peru, Ruanda, Cənubi Afrika, Tanzaniya və Zambiya vətəndaşları üçün Pakistana giriş tamamilə bağlanacaq. Qadağa 23 mart - 5 apreldə qüvvədə olacaq.

Çin, Yaponiya, Avstraliya da daxil olmaqla 20-dən çox ölkədən gələn sərnişinlər Pakistana getməzdən əvvəl COVID-19 testi verməlidirlər.

Azvision.az


Teqlər: Pakistan   Əcnəbi  





Xəbər lenti