Ermənistanda yoluxma sayı 184 mini ötdü

 Ermənistanda yoluxma sayı 184 mini ötdü
  22 Mart 2021    Oxunub:1439
Ermənistanda son sutka ərzində 506 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 184 219 nəfərə çatıb. Ermənistanda koronavirusdan bir gündə 12 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3 360-a yüksəlib.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 860 nəfərdir. Aktiv xəstələrin sayı 11 278 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti