Paşinyan hakim partiyanın seçki siyahısına başçılıq edəcək

Paşinyan hakim partiyanın seçki siyahısına başçılıq edəcək
  22 Mart 2021    Oxunub:1810
Hakim partiyanın baş nazir postuna namizədi Ermənistanın baş naziri Nikol Paşinyan olacaq.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Rüstəm Badasyan bildirib. "Düşünürəm ki, sualın cavabı aydındır. Heç bir müzakirəyə qatılmadım və idarə heyətinin üzvü deyiləm, amma cavab aydındır", - nazir deyib.

Onun sözlərinə görə, hər şey vətəndaşların seçimindən asılı olacaq - hakimiyyət onlara belə bir fürsət verməlidir.

Xatırladaq ki, Ermənistanda iyunun 20-də növbədənkənar parlament seçkiləri keçiriləcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NikolPaşinyan  



Xəbər lenti