İrəvanda qocalar evinin sakinləri də aksiya keçirir

 İrəvanda qocalar evinin sakinləri də aksiya keçirir
  22 Mart 2021    Oxunub:1562
Ermənistanın paytaxtı İrəvan şəhərində qocalar evinin sakinləri etiraz aksiyası keçirirlər.
Azvision.az bu barədə erməni KİV-lərə istinadla xəbər verir. Aksiyaya səbəb, hökumətin İrəvandakı 1 saylı qocalar evi ilə Norkdakı qocalar evini birləşdirmək istəməsidir. Sakinlərdən biri Norkdakı qocalar evinin binasının satıldığını və ordakı yaşlıların İrəvandakı 1 nömrəli pansionata köçürüləcəyini qeyd edib.

“Biz buna qarşıyıq, çünki indi iki nəfər bir otaqda yaşayırsa, köçürüləndən sonra 3-4 nəfər bir otağa yerləşəcəkdir. Hamam otaqlardan istifadə etmək isə mümkün olmayacaq. Biz də insanıq və hüquqlarımız var", - sakinlərdən biri deyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: etirazaksiyası  





Xəbər lenti