Piyadanı öldürüb qaçan sürücü tapıldı

Piyadanı öldürüb qaçan sürücü tapıldı
  22 Mart 2021    Oxunub:1116
Martın 19-da saat 23 radələrində Masallı rayonunun Qəriblər kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Allahyarlı kənd sakini İsrafil İsrafilov vurulub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilib.

Ölümlə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan Qəriblər kənd sakini Ə.Əliyev həmin avtomobillə birgə saxlanılıb. Araşdırma aparılır.


Azvision.az


Teqlər: DİN   Piyada  





Xəbər lenti