Keçmiş Qərargah rəisi Paşinyanı məhkəməyə verəcək

Keçmiş Qərargah rəisi Paşinyanı məhkəməyə verəcək
  22 Mart 2021    Oxunub:2045
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Onik Qasparyanın vəkili Artur Ovannisyan baş nazir Nikol Paşinyanın paylaşımı ilə bağlı məhkəməyə müraciət edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Qasparyanın vəkili Artur Ovannisyan bildirib. Baş nazir Nikol Paşinyan "Facebook"da martın 22-də Artak Davtyanın Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi vəzifəsinə başladığını elan edib.

Vəkil deyib ki, bir neçə gün əvvəl, Ermənistan inzibati məhkəməsi hakim Mher Petrosyanın sədrliyi ilə Onik Qasparyan barəsində iddianın təmin edilməsi üçün tədbirlərin görülməsi üçün vəsatəti təmin edib. Yəni məhkəmə, Qasparyanın iş üzrə son məhkəmə qərarı çıxana qədər vəzifəsindən kənarlaşdırılması prosesinin dayandırılmasını tələb edib.

“Prokurorluğa baş nazirin postu ilə əlaqədar cinayətlə bağlı məlumat təqdim edəcəyik, əlavə olaraq müdafiə nazirinin hərəkətsizliyinə etiraz edəcəyik. Məsələ burasındadır ki, nazir hərəkətsizlik nümayiş etdirdi və əslində Qasparyanın səlahiyyətlərini yerinə yetirməsinə imkan vermədi".

Vəkil Qasparyanın ötən həftə işə getdiyini, bu gün işə getməsi ilə bağlı məlumatının olmadığını bildirib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: OnikQasparyan  





Xəbər lenti