ABŞ Putin-Bayden görüşündən imtina etdi

 ABŞ Putin-Bayden görüşündən imtina etdi
  22 Mart 2021    Oxunub:3042
Amerika tərəfi Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Co Baydenlə açıq videokonfrans formatında danışıq aparmaq təklifini dəstəkləməyib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

"Təəssüf hissi ilə bildiririk ki, Amerika tərəfi Rusiya prezidenti Vladimir Putinin 19 və ya 22 mart tarixlərində Prezident Co Baydenlə açıq videokonfrans formatında danışıqlar aparmaq, yığılmış ikitərəfli problemləri, eləcə də strateji sabitlik mövzularını müzakirə etmək təklifini dəstəkləməyib”, - Rusiya XİN-in məlumatında vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   ABŞ  





Xəbər lenti