Ermənistanda itkin düşən hərbçilər tapıldı - YENİLƏNİB

 Ermənistanda itkin düşən hərbçilər tapıldı -  YENİLƏNİB
  23 Mart 2021    Oxunub:5115
Ermənistan Müdafiə Nazirliyi bu gün itkin düşmüş iki müqaviləli hərbi qulluqçunun tapıldığını açıqlayıb.
Nazirliyin yaydığı məlumata görə, hərbçilərin olduğu yer müəyyənləşdirilib, hazırda onların evakuasiyası üzrə işlər aparılır. Hərbi qulluqçuların vəziyyəti barədə hələlik məlumat yoxdur, yalnız sağ olduqları deyilir.

***
Ermənistan Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu itkin düşüb.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, 21 martda güclü çovğun səbəbindən bir hərbi hissədən digərinə keçid zamanı müddətdən artıq xidmətdə olan iki hərbçilə əlaqə kəsilib.

Çovğunun davamlı olması axtarış-xilasetmə işlərin aparılmasını əngəlləyir. Güclü qar çovğununun axtarış-xilasetmə işlərinə mane olduğu, buna baxmayaraq hərbi personalın aşkarlanması üçün bütün tədbirlər görüldüyü vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:



Xəbər lenti