Ukrayna Qərbə Rusiya ilə bağlı çağırış etdi

Ukrayna Qərbə Rusiya ilə bağlı çağırış etdi
  22 Mart 2021    Oxunub:1800
Ukrayna hakimiyyəti hesab edir ki, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirməli və sərtləşdirməlidir.
Azvision.az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal bildirib. "Biz, düşünürük ki, Rusiyaya qarşı sanksiyalar yalnız davam etməli deyil, gələcəkdə onlar daha dəqiq, aydın və hər şeydən əvvəl daha sərt olmalıdır", - baş nazir deyib.

Onun fikrincə, sanksiyalar təsirli vasitədir və onlar genişləndirilə bilər. Rusiya ilə münasibətlər mövzusu 25-26 mart tarixlərində keçiriləcək Avropa sammitində əsas mövzulardan biri olacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DenisŞmıqal   Ukrayna   Rusiya  





Xəbər lenti