Masazırda evdə yanğın olub

Masazırda evdə yanğın olub
  22 Mart 2021    Oxunub:1664
Abşeron rayonunun Masazır qəsəbəsində ümumi sahəsi 110 m² olan birmərtəbəli evin tavanı 20 m² sahədə, dam örtüyünün taxta atmaları 5 m² sahədə və ev əşyaları qismən yanıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Azvision.az



Teqlər: DİN  





Xəbər lenti