Sarkisyan siyasi qüvvələrlə müzakirələri davam etdirir

Sarkisyan siyasi qüvvələrlə müzakirələri davam etdirir
  22 Mart 2021    Oxunub:1782
Ermənistan prezidenti Armen Sarkisyan ölkənin siyasi qüvvələri ilə məsləhətləşmələr çərçivəsində "Ədalətli Ermənistan" partiyasının sədri Norayr Norikyan və onun müavinləri David Karapetyan, Eduard Terteryan ilə görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı ölkədəki mövcud vəziyyət və daxili siyasi böhrandan çıxmağın yolları müzakirə edilib. "Ədalətli Ermənistan"ın nümayəndələri təklif və fikirlərini səsləndiriblər.

Xatırladaq ki, Ermənistanda iyunun 20-də növbədənkənar parlament seçkiləri keçiriləcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ArmenSarkisyan  





Xəbər lenti