Rusiyada koronavirusla bağlı vəziyyət sabitləşib - Putin

Rusiyada koronavirusla bağlı vəziyyət sabitləşib -  Putin
  22 Mart 2021    Oxunub:2394
Rusiyada koronavirusun yayılması ilə bağlı vəziyyət səhiyyə sisteminin səmərəli fəaliyyəti və tədqiqat təşkilatlarının işi sayəsində sabitləşib.
Azvision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

"Sizin səyləriniz, elmi-tədqiqat təşkilatlarının səmərəli fəaliyyəti, bütün milli səhiyyə sistemi bizə koronavirus infeksiyası ilə vəziyyəti sabitləşdirməyə, milyonlarla vətəndaşımızın həyatını və sağlamlığını qorumağa imkan verdi", - Putin deyib.

Putinin fikrincə, kütləvi peyvənd də daxil olmaqla geniş şəkildə profilaktik və müvafiq tədbirlərin həyata keçirilməsi epidemioloji vəziyyətin normallaşmasında əhəmiyyətli rol oynayır.

"Ümumiyyətlə, Rusiyada artıq 6,3 milyon insan peyvənd olunub, onlardan 4,3 milyon vətəndaş peyvəndin birinci və ikinci dozasını alıblar".

Rusiya prezidenti deyib ki, koronavirusa qarşı peyvənd ruslar üçün mümkün qədər əlçatan və rahat olmalıdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: koronavirus  



Xəbər lenti