Türkiyədə işsizlik səviyyəsi azalıb

Türkiyədə işsizlik səviyyəsi azalıb
  22 Mart 2021    Oxunub:1643
2020-ci ildə Türkiyədə işsizlik səviyyəsi əvvəlki illə müqayisədə 0,5 faiz azalaraq 13,2 faiz təşkil edib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, COVID-19 pandemiyasına baxmayaraq, 2019-cu il ilə müqayisədə qardaş ölkədə işsizlərin sayı 408 min nəfər azalaraq 4 milyon 61 min nəfər təşkil edib.

Türkiyədəki işsiz sayı kişilər arasında 59,8, qadınlarda isə 26,3 faiz azalıb. Bu şəxslərin 17,6 faizi kənd təsərrüfatı, 20,5 faizi sənaye, 5,7 faizi inşaat, 56,2 faizi isə xidmət sektorunda işlə təmin edilib.

Azvision.az


Teqlər: Türkiyə  





Xəbər lenti