Gürcüstan Azərbaycandan 29,8 min ton dizel idxal edib

Gürcüstan Azərbaycandan 29,8 min ton dizel idxal edib
  22 Mart 2021    Oxunub:1536
Gürcüstan cari ilin yanvar-fevral aylarında 158,9 min ton yanacaq idxal edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 min ton və ya 0,7 faiz azdır.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları Birliyinin hesabatında qeyd olunub.

Bildirilib ki, hesabat dövründə Gürcüstan 80,5 min ton benzin idxal edib. Bu da illik müqayisədə 2,6 min ton və 3,1 faiz azdır. Dizel yanacağının idxalı isə 1,6 min ton və ya 2 faiz artaraq 78,4 min tona çatıb.

İki ayda Azərbaycan Gürcüstanın üçüncü əsas dizel yanacağı tədarükçüsü olub. Hesabat dövründə Gürcüstan Azərbaycandan 29,8 min ton dizel idxal edib. Yanvar-fevral aylarında Gürcüstan ən çox dizel yanacağını Rusiyadan idxal edib – 38 min ton. İkinci yerdə isə 31,5 min tonla Rumıniya qərarlaşıb.

Azvision.az


Teqlər: Gürcüstan   Dizel   Yanacaq  





Xəbər lenti