Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr - SİYAHI
2020-ci ilin yanvar ayı ilə müqayisədə 2021-ci ilin yanvar ayında təzə meyvə idxalı 36,8 faiz, xam şəkər və şəkər – 2,6 dəfə, kərə yağı, digər süd yağları və pastaları – 6,3 faiz, kartof – 10,8 faiz, təzə tərəvəz – 4,9 dəfə, siqaretlər – 1,7 dəfə, dərman vasitələri – 2,1 dəfə, rezin şinlər – 46,5 faiz, mineral gübrələr – 10,1 dəfə, yük avtomobilləri – 25,7 faiz, polietilen – 8,3 faiz artmış, bitki yağları idxalı isə 24,2 faiz, buğda – 53,5 faiz, çay – 46,8 faiz, mal əti – 30,1 faiz, quş əti və onun əlavə məhsulları – 61,0 faiz, minik avtomobilləri – 23,8 faiz, qara metallardan borular – 36,5 faiz, polad prokatı – 50,6 faiz, hesablama maşınları, blok və qurğuları – 8,8 faiz, qara metallardan çubuqlar – 43,9 faiz, avtobuslar – 13,9 faiz, mebellər – 35,6 faiz, paltaryuyan maşınlar – 20,5 faiz, məişət kondisionerləri – 6,7 faiz, qara metallardan künclüklər – 46,9 faiz, məişət soyuducuları – 33,1 faiz, sement və sement klinkerləri – 20,6 faiz azalıb.
Azvision.az