Çinin xarici işlər naziri İrana səfər edəcək

Çinin xarici işlər naziri İrana səfər edəcək
  22 Mart 2021    Oxunub:1434
Çin xarici işlər naziri Vanq Yi İrana səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə bildirib. Onun sözlərinə görə, Çinin XİN başçısı martın 26-27-də Tehranda səfərdə olacaq.

Məlumata görə, Vanq Yi İrana səfəri çərçivəsində iranlı həmkarı Cavad Zərif və İran Prezidenti Həsən Ruhani ilə görüş keçirəcək. Görüşdə İran və Çin arasında strateji tərəfdaşlıq, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

Azvision.az


Teqlər: Çin   İran  





Xəbər lenti