Merkel karantin müddətini uzatmağı təklif etdi

Merkel karantin müddətini uzatmağı təklif etdi
  22 Mart 2021    Oxunub:1572
Almaniya kansleri Angela Merkel ölkədə qüvvədə olan karantin müddətini aprelin 18-nə qədər uzatmağı təklif edib.
Azvision.az xəbər verir ki, belə təklif federal əyalətlər arasında yüksək səviyyədə məsləhətləşmələr üçün kanslerin dəftərxanası tərəfindən tərtib edilmiş qətnamə layihəsindən irəli gəlir.

Bu gün kansler və federal əyalətlərin hökumət başçıları koronavirus pandemiyasına qarşı mübarizəyə həsr edilmiş müşavirə keçirəcək.

Qeyd edək ki, federal əyalətlərin baş nazirləri tərəfindən birgə tərtib olunmuş qətnamə layihəsi elan edilib.

Azvision.az


Teqlər: Almaniya  





Xəbər lenti