Rusiyada turistlər qar uçqunu altında qaldı, ölən var - YENİLƏNİB
16 turistdən 13-nün azyaşlı olduğu bildirilir. Hadisə yerinə kinoloji heyət, 18 ədəd xüsusi texnika və 11 qar motosikleti də daxil olmaqla 53 xilasedici cəlb edilib.
Xilasedicilər bir uşağın cəsədini qarın altından çıxarıblar. Digər 15 turistin ciddi tibbi yardıma ehtiyacı yoxdur
***
(20:53)
Rusiyada Murmansk vilayətinin Oleneqorsk rayonunda qar uçqunu olub.
Azvision.az TASS-a istinadla xəbər verir ki, qarın altında 15 nəfərdən ibarət turist qrupu qalıb. Onların hansı marşrutdan istifadə etdikləri məlum deyil.
Xilasedicilər ərazidə axtarış əməliyyatlarına başlayıblar.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


