Türkiyədən qaçmaq istəyən 70 miqrant tutuldu

Türkiyədən qaçmaq istəyən 70 miqrant tutuldu
  23 Mart 2021    Oxunub:1836
Türkiyə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 70 miqrant saxlanılıb.
Azvision.az xəbər verir ki, onlardan 48-i Türkiyənin Balıkesir vilayətinin Ayvalık rayonuna yaxın ərazidə, Egey dənizində ələ keçiriliblər. Digər 22 nəfər İzmir vilayətinin Dikili rayonunda saxlanılıb. Onların rezin qayıqlarla Yunanıstana keçmək istədikləri müəyyən edilib.

Miqrantlar aidiyyəti qurumlara təhvil veriliblər.

Azvision.az


Teqlər: Türkiyə  



Xəbər lenti