Avstraliya 60 ilin ən güclü daşqını ilə üzləşib

Avstraliya 60 ilin ən güclü daşqını ilə üzləşib
  23 Mart 2021    Oxunub:1943
Avstraliya hökuməti təxminən 15 min sakinə daşqın təhlükəsi səbəbindən təxliyəyə hazır olmaları barədə xəbərdarlıq edib.
Azvision.az xəbər verir ki, Avstraliyanın şərq sahillərində yağan aramsız yağışlar son 60 ildə baş verən ən güclü daşqına səbəb olub. Daşqınlardan bir gün əvvəl isə ayrı-ayrı riskli zonalarda yaşayan 18 min sakin təhlükəsiz ərazilərə köçürülüb. Yeni Cənubi Uels Ştatında 38 bölgə fəlakət bölgəsi elan edilib. Evlər, təsərrüfatlar və körpülər su altında qalıb, yollar isə tamamilə dağılıb.

Çərşənbə günü Yeni Cənubi Uelsdə leysan yağışlarının bir qədər azalması gözlənilsə də, güclü yağışların qonşu Quenslanda hərəkət edəcəyi proqnozlaşdırılır. Meteoroloqların hesablamalarına görə, Avstraliyanın qərbindəki Yeni Cənubi Uels və Quensland sakinlərindən əlavə, 10 milyona qədər insan yağışlardan və ola biləcək daşqınlardan əziyyət çəkə bilər.

Tural Tağıyev
Azvision.az


Teqlər: Daşqın   Avstraliya   Yağış  





Xəbər lenti