Almaniyada karantin aprelin 18-dək uzadıldı

Almaniyada karantin aprelin 18-dək uzadıldı
  23 Mart 2021    Oxunub:1294
Almaniya hökumətinin səlahiyyətliləri ölkədə koronavirus səbəbindən tətbiq edilmiş karantin müddətinin 18 aprelə qədər uzadılmasına qərar verib.
Azvision.az xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel məlumat verib.

O qeyd edib ki, xüsusilə də, Pasxa günlərində aprelin 1-dən 5-ə qədər olan tarixlərdə karantin qaydalarında yumşalmalar olmayacaq.

Xatırladaq ki, son məlumatlara görə, indiyə kimi Almaniyada 2 678 262 koronavirusa yoluxma halı aşkar edilib. 2 437 183 nəfər sağalıb və 75 009 xəstə isə ölüb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Koronavirus   Almaniya   Karantin  





Xəbər lenti