İtkin düşən erməni əsgərlər 6 gün postda susuz qalıblarmış - Təfərrüat

 İtkin düşən erməni əsgərlər 6 gün postda susuz qalıblarmış -  Təfərrüat
  23 Mart 2021    Oxunub:1827
Xəbər verdiyimiz kimi, bu gün itkin düşdüyü bildirilən iki erməni əsgərdən biri ölüb. Qar çovğununda tapılan digər əsgər isə ağır vəziyyətdə hospitala yerləşdirilib.
Azvision.az-ın məlumatına görə, erməni mediası hadisənin təfərrüatlarını öyrənib. Bildirilib ki, ordudakı xaos əsgərlərin xidmətinə də mənfi təsir edib:

"İtkin düşən hərbçilərdən biri öldü, digəri isə xəstəxanada olsa da, həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. Faciəli hadisənin yeni təfərrüatları mediaya sızdı. Fakt budur ki, postlarda hərbçilərin dəyişdirilməsi vaxtında təşkil olunmayıb. Əsgər deyir ki, 6 gün dəyişiklik gözləyiblər. Amma onları əvəzləyəcək heyət göndərilməyib. Əsgərlər siqaret və su gətirmək üçün ən yaxın mövqeyə-digər posta getməyə qərar veriblər. Amma havanın pis olması səbəbindən itkin düşüblər. Əslində məhz Müdafiə Nazirliyindəki xaotik durum hərbçilərin faciəvi şəkildə ölümünə səbəb olur. Çünki normal xidmət saatı təşkil olunsaydı, hərbçilər öz mövqelərini tərk etməli olmazdılar",- deyə yazıda qeyd olunub.

Xatırladaq ki, ötən gün "Mediaport"un yazmasından sonra Ermənistan Müdafiə Nazirliyi Jermuk hərbi hissəsindən iki hərbçinin itkin düşdüyünü elan etmişdi.

Tural Tağıyev
Azvision.az


Teqlər: İtkin   Xaos   Erməni-əsgər  





Xəbər lenti