Türk Şurasının sammiti videokonfrans formatında keçiriləcək

   Türk Şurasının sammiti videokonfrans formatında keçiriləcək
  23 Mart 2021    Oxunub:1285
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) martın 31-də Türküstan şəhərində keçirilməsi nəzərdə tutulan qeyri-formal sammitinin videokonfrans formatında təşkil olunması qərara alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qərar epidemioloji vəziyyətlə əlaqədar qəbul olunub: "Bu qərar barədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyinə rəsmi bildiriş göndərilib".

Qeyd edək ki, zirvə görüşündə Türk Şurasına üzv dövlətlərin başçıları və təşkilatda müşahidəçi olan Macarıstanın Baş nazirinin iştirak edəcəyi gözlənilir.

Azvision.az


Teqlər: Türk   Şura   Sammit  





Xəbər lenti