Fevralda 58 mindən çox erməni ölkəni tərk edib

 Fevralda 58 mindən çox erməni ölkəni tərk edib
  23 Mart 2021    Oxunub:1958
İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətlə üzləşən Ermənistan indi də sosial-iqtisadi çətinliklər məngənəsində sıxılır.

Azvision.az xəbər verir ki, yerli media insanların yaşayış səviyyəsinin iki dəfə aşağı düşdüyünü yazır.
İrəvandan kənarda yaşayan ermənilərin vəziyyətinin sosial partlayış həddinə çatdığını yazan KİV, məqam düşdükcə sadə vətəndaşların normal həyat axtarışı üçün ölkədən qaçdığını qeyd edirlər:

"Təkcə fevral ayında 58 min 297 nəfər Ermənistanı tərk edib. Ölkədə mühacirət prosesləri sürətlənir. Pandemiyaya baxmayaraq fevralda Zvartnots və Şirak hava limanlarından 58.297 sərnişin xaricə uçub, 31.901 nəfər isə Ermənistana gəlib. Keçən ilin eyni dövründə 99.065 nəfər yola düşmüş və 96.970 sərnişin isə ölkəyə daxil olmuşdu. Hər iki halda çıxışla giriş arasında daha çox fərq yaranır. Lakin bu il, keçən ildən fərqli olaraq 3 min deyil, 26 min nəfərlik fərq yaranıb...

Bundan başqa əvvəlki illərdə Ermənistandan Rusiyaya bir tərəfli bilet 30-40 min drama alına bilərdisə, bu ilin fevral ayında eyni biletin qiymətləri həftə ərzində 200-450 min dram arası dəyişir", - deyə məqalədə yazılıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Mühacirət   Ermənistan   Bilet  



Xəbər lenti