Paytaxda maşından 9500 manat oğurlandı

Paytaxda maşından 9500 manat oğurlandı
  23 Mart 2021    Oxunub:1527
Bakıda avtomobildən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində martın 21-də rayon ərazisində 1 avtomobildən 2400 manat və 4200 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R. Əliyev saxlanılıb.

Azvision.az


Teqlər: Bakı   Maşın   Oğurluq   Pul  





Xəbər lenti