Məşhur general koronavirusdan öldü

Məşhur general koronavirusdan öldü
  23 Mart 2021    Oxunub:2848
Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəis müavini, general-polkovnik Vitali Margelov vəfat edib.
Azvision.az xəbər verir ki, o, Moskvada koronavirusdan dünyasını dəyişib. Bu barədə generalın oğlu Mixail Margelov məlumat verib.

"Atam Moskva vaxtı ilə saat 21.00 radələrində "FSB"-nin xəstəxanasında öldü. Ölümə səbəb COVİD oldu. Artıq bir həftə idi ki, reanimasiyadaydı və ağciyəri ciddi zədələnmişdi", - deyə o bildirib.

Onun sözlərinə görə, vida və dəfn mərasimlərini Xarici Kəşfiyyat Xidməti təşkil edəcək.

Xatırladaq ki, general-polkovnik Vitali Margelovun 79 yaşı var idi. Kəşfiyyat xidmətinə 1965-ci ildə başlayıb. 1980-ci illərdə Qərbi Avropa və Balkanlarda işləyib, SSRİ DTK-nin Birinci Baş İdarəsinin 5-ci şöbəsinin müdiri olub. 1997-2003-cü illərdə Xarici Kəşfiyyat Xidmətinin Əməliyyatlar üzrə direktor müavini, 2003-cü ildə isə Dövlət Dumasının üzvü oluv. Onun atası Sovet hava-desant qoşunlarının komandiri Vasili Margelovdur.

Tural Tağıyev
Azvision.az


Teqlər: General   Koronavirus   Kəşfiyyat   Rusiya  



Xəbər lenti