Sabirabadda maşın kanala aşıb, sürücü ölüb

Sabirabadda maşın kanala aşıb, sürücü ölüb
  23 Mart 2021    Oxunub:2282
Sabirabadda yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, martın 22-də saat 18 radələrində Sabirabad rayonunun Həşimxanlı kəndi ərazisində Ətcələr kənd sakini Ə. Ağayev idarə etdiyi “QAZ-31105” markalı avtomobili yolun kənarındakı kanala aşırıb. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Sabirabad   Qəza   Maşın  





Xəbər lenti