Putin bu gün peyvənd olunacaq

 Putin bu gün peyvənd olunacaq
  23 Mart 2021    Oxunub:1954
"Çərşənbə axşamı koronavirus əleyhinə peyvənd olunmağı planlaşdıran Rusiya Prezidenti Vladimir Putin bu prosedurdan hələ keçməyib".
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, Kreml dövlət başçısının günün sonuna qədər vaksinasiyadan keçəcəyini gözləyir.
Peyvəndlənmə prosesi prezidentin iş qrafikinə minimal təsir edəcək və onun hansısa tibb müəssisəsində yaxud da iş otağında peyvənd olunacağı dəqiq bilinmir.

Kremlin sözçüsü Putinin üç rus peyvəndindən birini vurduracağını da əlavə edib. "Konkret olaraq hansı birindən istifadə ediləcəyini söyləməyəcəyik. Hər üç rus peyvəndi çox yaxşı və tamamilə etibarlı, təsirlidir",- deyə o bildirib. Peskov ölkə başçısının hər kəsin gözü önündə peyvənd olunmaması məsələsinə də toxunub: "Kameralar önündə peyvəndlənməməsinə gəlincə, o (prezident-red.) bunu sevmir".

Xatırladaq ki, bazar ertəsi Putin, martın 23-də koronavirusa qarşı peyvənd olunmaq istədiyini söyləmişdi. Prezident hansı peyvəndi seçdiyini açıqlamamışdı.

Tural Tağıyev
Azvision.az


Teqlər: Putin   Peyvənd   Kreml   Peskov  



Xəbər lenti