İki evdən oğurluq edənlər tutuldu

İki evdən oğurluq edənlər tutuldu
  23 Mart 2021    Oxunub:2220
Paytaxtda evdən oğurluq edən şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisindəki 2 evdən ümumilikdə 1700 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri E.Əliyev və T.Rüstəmov saxlanılıblar.

Azvision.az


Teqlər: Bakı   Ev   Oğurluq  





Xəbər lenti