Rusiyada 3 hərbçi faciəvi şəkildə həlak oldu

 Rusiyada 3 hərbçi faciəvi şəkildə həlak oldu
  23 Mart 2021    Oxunub:2388
Rusiyanın Kaluqa vilayəti yaxınlığında yerləşən hərbi hava limanında faciə baş verib.
Azvision.az xəbər verir ki, hadisə ilə bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hərbi hava limanında "Tu-22M3" bombardmançı qırıcı təyyarənin üç nəfərlik ekipaj üzvü ölüb. Bildirilib ki, qırıcı yerdə olarkən gözlənilmədən katapult işə düşüb. İnsident uçuşa hazırlıq zamanı baş verib və paraşütlər isə kifayət qədər hündürlük olmadığı üçün açılmayıb.

Qeyd edək ki, "Tu-22M3" düşmən ərazisindəki hədəfləri vurmaq üçün hazırlanmış strateji, çox rejimli səsdən sürətli olan bombardmançı qırıcılar sayılır. Rusiyanın istismarında təxminən 60 belə təyyarə var.

Tural Tağıyev
Azvision.az


Teqlər: Qırıcı   Rusiya   Katapult  



Xəbər lenti