Ermənistan müxalifəti ümumxalq mitinqi təyin etdi

 Ermənistan müxalifəti ümumxalq mitinqi təyin etdi
  23 Mart 2021    Oxunub:1258
Ermənistan müxalifəti bir müddətlik məcburi fasilədən sonra yenidən aktiv mitinqlərə başlayır.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Qeyd edilir ki, müxalifətin "Vətənin Qurtuluşu Hərəkatı" Baqramyan prospektində yeni mitinq keçirəcək. 28 mart saat 15: 00-da Baqramyan-Dəmirçiyan küçələrində başlayacaq etiraz aksiyası zamanı müxalif qüvvələrin gələcək fəaliyyətləri ilə bağlı yeni planlarının təqdim ediləcəyi gözlənilir.

Tural Tağıyev
Azvision.az


Teqlər: Müxalifət   Mitinq   Ermənistan  



Xəbər lenti