Ohanyan ordudakı kadr siyasətindən gileylənib

Ohanyan ordudakı kadr siyasətindən gileylənib
  23 Mart 2021    Oxunub:1518
"Ermənistanın Qarabağ müharibəsindəki məğlubiyyətinin səbəblərindən biri də silahlı qüvvələrin rəhbərliyindəki daimi kadr dəyişikliyi oldu".
Azvision.az xəbər verir ki, bu barədə keçmiş müdafiə naziri Seyran Ohanyan jurnalistlərə verdiyi açıqlamada deyib. Eks-nazir silahlı qüvvələrlə bağlı anormal kadr siyasətindən gileylənib.

O qeyd edib ki, geosiyasi vəziyyət haqqında yetərincə məlumata, lazımi təcrübəyə sahib olmayan insanlar verilən tapşırıqları effektiv həll edə bilməzdilər. Ohanyan bildirib ki, bir zamanlar Movses Akopyanın baş qərargah rəisi vəzifəsindən uzaqlaşdırılması və Levon Mnatsakanyanın Müdafiə Ordusu komandiri vəzifəsindən azad edilməsi səhv addım olub.

Ohanyanın fikrincə, bu qərarlar sonradan Qarabağdakı döyüş əməliyyatlarına təsir edib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Ohanyan   Ordu   Məğlubiyyət  





Xəbər lenti